MDB-nin səhiyyə sahəsində əməkdaşlıq Şurasının növbəti iclası Qazaxıstanda keçiriləcək
20.09.2022 09:57

Müstəqil Dövlətlər Birliyinin səhiyyə sahəsində əməkdaşlıq Şurasının növbəti iclası sentyabrın 22-23-də Türküstanda (Qazaxıstan) keçiriləcək. Aztibb.az MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasın gündəliyinin layihəsinə 20-dən çox məsələ daxildir.

 

Tədbir MDB-nin iştirakçısı olan dövlətlərin Şura çərçivəsində 30 illik fəaliyyəti ilə əlaqədar keçiriləcək.

 

İclasın iştirakçıları şəkərli diabet, onkoloji xəstəliklərin profilaktikası və müalicəsi, vərəmin yayılmasının qarşısının alınması sahəsində əməldaşlığa dair məsələləri müzakirə edəcəklər.

 

Bir blok məsələ COVID-19-la bağlı mövzulara həsr olunacaq: koronavirusun yayılması şəraitində psixi sağlamlıq və psixososial dəstək, pandemiya dövründə tibbi yardım göstərildikdə tibbi personalın emosional tükənməsi, eləcə də COVID-19-u keçirən pasiyentlərdə psixi pozuntuların profilaktikası, diaqnostikası, müalicəsi və reabilitasiyası. COVID-19-u keçirən şəxslərdə psixi pozuntular probleminin aktuallığı son iki ildə, koronavirus infeksiyasından sonra pasiyentlərdə bu cür pozuntulara dair çoxlu sayda sübutların ortaya çıxdığı zaman bəlli oldu.

 

MDB ölkələri COVID-19 və onun profilaktikası və müalicəsi ilə əlaqədar bütün spektr məsələlər üzrə təcrübə və praktiki iş mübadiləsində maraqlıdır.

 

İclasda, həmçinin milli qan xidmətlərinin təşkili və fəaliyyəti, MDB regionunda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, yoluxucu olmayan xəstəliklərin profilaktikası və müalicəsi, rəqəmsal səhiyyə və teletəbabətin inkişafı məsələləri, eləcə də bir sıra təşkilati məsələlərin müzakirə edilməsi planlaşdırılır.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib