ÜST Azərbaycana ekspert missiyası təşkil edib
19.09.2022 19:18

Son beş il ərzində səhiyyə sisteminin gücləndirilməsi və universal tibbi təminata nail olunması məqsədilə Azərbaycanın səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər həyata keçirilməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı yerli tərəfdaşlarla sıx əməkdaşlıq edərək bu sahədə Azərbaycana fəal dəstək olur.

 

ÜST-ün Azərbaycan Nümayəndəliyindən verilən xəbərə görə, bu dəstəyin bir parçası olaraq, ÜST-nin Ölkə Ofisi ehtiyacların qiymətləndirilməsi və ilkin səhiyyə, xəstəxana xidmətləri və tibb işçiləri üçün təlimlər sahəsində ölkəyə dəstək göstəriləcək istiqmətlətin müəyyənləşdirilməsi məqsədilə Azərbaycana ekspert missiyası təşkil edib.

 

Beş gün davam edəcək missiyanın tərkibi 9 beynəlxalq ekspert və ÜST Azərbaycan Ölkə Ofisinin 8 tibb mütəxəssisindən ibarətdir. Səfərin ilk günündə ekspertlər səhiyyə naziri Teymur Musayevlə missiyanın fəaliyyəti, həmçinin ölkəyə göstəriləcək texniki yardım planlarını müzakirə ediblər.

 

Ekspertlər Azərbaycan Tibb Universiteti, Dövlət Həkimləri Təkmilləşdirilməsi İnstitutu, Bakıdakı tibb kollecləri və Bakı Baş Səhiyyə Mərkəzində görüşlər keçirməyi planlaşdırır. Bundan başqa, Bakı şəhəri və Şamaxı rayonunda yerləşən 10 dövlət və özəl xəstəxana və ilkin səhiyyə xidməti mərkəzlərinə səfərlər nəzərdə tutulur. Eyni zamanda, ÜST-nin Şamaxıda həyata keçirdiyi digər təşəbbüs – İlkin Səhiyyə Xidmətinin Təşkilinə dair Nümayiş Layihəsi ilə bağlı tövsiyələr hazırlamaqla Azərbaycanda ilkin səhiyyə xidmətinin gələcəyinə dair görüşlərə töhfə verilməsi də missiyanın gündəliyindədir. Missiyanın sentyabr ayının 23-də Bakıda texniki dəstəyin istiqamətlərinin müzakirəsi və müəyyən edilməsi məqsədilə milli tərəfdaşların, o cümlədən 30-dan artıq azərbaycanlı tibb işçisinin də iştirak edəcəyi seminar ilə yekunlaşacağı gözlənilir.

 

ÜST Azərbaycanın səhiyyə sisteminin gücləndirilməsi istiqamətindəki səylərini dəstəkləmək və ictimai səhiyyədə fövqəladə halların effektiv aşkarlanması və qarşısının alınması imkanlarının artırıması məqsədilə bir sıra layihələr həyata keçirir. Sözügedən missiya ÜST-nin Azərbaycanın səhiyyə sisteminə davamlı dəstəyinin tərkib hissəsidir.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır