Azərbaycanla Litva arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub  
19.09.2022 21:02

Səhiyyə Nazirliyində Azərbaycanda üçgünlük işgüzar səfərdə olan Litvanın səhiyyə nazirinin müavini xanım Ausra Bilotiene-Motiejuniene ilə görüş keçirilib. Görüşdə həmçinin Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas da iştirak edib.

 

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Litva əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

 

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayıb: “Dost ölkələrin səhiyyəsinin səmərəliliyini artırmaq məqsədilə tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət üçün bütün zəruri vasitələr mövcuddur. Həmçinin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün optimal şərait var”.

 

Teymur Musayev milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi və əczaçılıq sənayesində əlaqələrin genişləndirilməsi üçün də böyük potensialın olduğunu qeyd edib: “Bizim üçün Litvanın milli səhiyyə müəssisələrinin restrukturizasiyasında və Avropa standartlarına cavab verən reabilitasiya xidmətlərinin təkmilləşdirilməsi sahəsində təcrübəsi önəmlidir”.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Ausra Bilotiene-Motiejuniene ölkəsinin Azərbaycanda tibb təhsili sisteminin beynəlxalq səviyyədə qəbul olunmuş metodologiya və standartlara uyğun modernləşdirilməsinə hər cür töhfə verməyə hazır olduğunu qeyd edib.

 

Xanım Ausra Bilotiene-Motiejuniene xatırladıb ki, cari ilin may ayında Litvanın Sağlamlıq Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq Memorandumun imzalanıb. “Ümid edirəm ki, bu sənəd ölkələrimiz arasında tibbi əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcək”, - deyə Litvanın səhiyyə nazirinin müavini əlavə edib.

 

Görüşdə, həmçinin tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib, tərəflərin qarşılıqlı fəaliyyəti üçün konkret addımlar təklif olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb