Həkimə getməzdən əvvəl nələrə diqqət edilməlidir?
19.09.2022 09:40
Həkimə getməzdən əvvəl müəyyən qaydalara əməl olunmalıdır. Bu müayinə və analizlərin nəticəsinin düzgün olması üçün vacibdir.
 
Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu barədə paylaşım edib. O, bildirib ki, xüsusi bir hazırlıq edib-etməmək lazım olduğunu həkimdən (və ya onun asistentindən) soruşmaq mütləqdir:
 
-ac və ya tox;
-bir gün əvvəlki qidalanma və istirahət normaları;
-menstruasiya dövrü;
-əlavə müayinə materialının lazım ola biləcəyini (məsələn, ilk sidik);
-qəbul etdiyiniz hərhansı bir dərman (lar) varsa onları davam edib etməməyi.
-qadınlar həkimə gedəcəksə makiyaj, epilyasiya (ixtisasa görə bəzən dəyişə bilər) və ya digər hər hansı müdaxilənin olmaması;
-kişilər müayinəyə getməzdən qabaqkı gecə və səhəri həddindən çox alkoqol və ya hər hansı qida maddəsi və ya içki, qəlyan və s. istifadə etməmələri; spermogramma vermə ehtimalına görə cinsi əlaqə pəhrizi günləri;
-müayinə zamanı müayinədə sizə yardımçı olan (şikayətlərinizi və digər sağlamlıq vəziyyətinizi danışa biləcəyiniz) yaxınınızı götürməyi;
-müayinəyə getməzdən əvvəlki gün bütün köhnə müayinə nəticələri (hətta qovluğa yığıb tarixə görə sıralamaq mümkünsə), dərman preparatları-hətta cari həkim yazmayıbsa belə, bəzi hallarda davamlı istifadə etdiyi təzyiqölçən və şəkərölçəni (onların yaddaşında məlumatlar olur) götürmənizi;
-müayinə və müalicə üçün ən azı 2 gün ayırmanızı.
 
"Planlasanız müraciətiniz daha uğurlu və həkiminizin xidmət keyfiyyəti daha yüksək olacaqdır", - deyə F.Burzu əlavə edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır