Ölkəyə repatriasiya olunan daha bir qrup şəxsin reinteqrasiya və sosial reabilitasiyası tədbirlərinə başlanıb
17.09.2022 13:02

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Suriyadan Vətənə qaytarılan daha bir qrup şəxsin (repatriant) reinteqrasiyası və sosial reabilitasiyası tədbirlərinə başlayıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, agentliyin müvafiq sosial xidmət müəssisəsində yerləşdirilən 12 nəfər Azərbaycan vətəndaşının zəruri qayğı və sosial xidmət tələbatları qarşılanıb. Hazırda həmin şəxslərin ən uyğun sosial inteqrasiyasını və sosial reabilitasiyasını təmin etmək məqsədi ilə sosial-psixoloji vəziyyətlərinin təfsilatlı qiymətləndirilməsi aparılır.

 

Repatriasiya edilmiş həmin şəxslərdə ilkin qiymətləndirmə nəticəsində psixo-sosial davranışda ləngimə, dezadaptiv davranış, eləcə də uzun müddət ilkin qayğı tələbatlarının ödənilməsində çətinlik yaşadıqları müşahidə edildiyindən onlar müvafiq seanslara cəlb ediliblər.

 

Repatriantlar müəssisədə ilkin sosial-reabilitasiya xidmətləri ilə təmin olunduqdan sonra qohumlarına təhvil veriləcəklər.

 

Sosial-reabilitasiya və reinteqrasiya tədbirləri növbəti mərhələdə həmin şəxslərin yaşadıqları ərazi üzrə Sosial Xidmətlər Agentliyinin digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlığı şəraitində davam etdiriləcək.

 

Bu ilin ötən dövründə Agentliyin psixoloqları tərəfindən 105 repatriasiya olunmuş şəxs sosial reabilitasiya və re-inteqrasiya işinə cəlb edilib. Ümumilikdə ölkədə 149 ailə üzrə 390 repatriasiya edilmiş şəxs və qəyyumları ilə bu istiqamətdə iş aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib