Neyroradiologiyanın aktual problemlərinə həsr olunan e-təlim keçirilib
18.07.2020 11:51

İyulun 16-17-də Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti (ATU) və “Uptodate in Medicine” qurumunun birgə təşkilatçılığı ilə neyroradiologiyanın aktual problemlərinə həsr olunan e-təlim keçirilib.

 

Onlayn toplantının açılışında çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bildirib ki, azərbaycanlı və türkiyəli mütəxəssislərin iştirak etdiyi iki günlük təlim radioloq və nevroloqlarla yanaşı, neyrocərrah və onkoloqlar üçün də elmi-praktiki baxımdan faydalı olacaq.

 

Tədbirin bir sessiyası müasir dövrün aktual problemi olan koronavirusa həsr olunub.

 

Daha sonra ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri Məlahət Sultanova “COVID-19 pnevmoniyası - radioloji yanaşma”, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, t.ü.f.d. Həsən İsayev isə "COVID-19 - Serebral zədələnmələrin radiodiaqnostikası” mövzusunda məruzələrlə çıxış ediblər.

Təlimdə, həmçinin serebral travmalar, serebrospinal vaskulyar malformasiyalar, neoplastik prosesler, epilepsiya və insultun müasir və invaziv radiologiyasına dair məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

E-təlimdə ümumilikdə 9 məruzə dinlənilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır