Hamiləlik dövründə stress anaya da, körpəyə də mənfi təsir edir
16.09.2022 10:00

Hamilə qadının stress keçirməsi gələcək körpəsinin orqanizminə, zehni fəaliyyətinə təsir göstərir. Ana stress keçirən zaman plazmada kortizol, adrenalin kimi stress hormonlarının səviyyəsi artır.

 

Bu səbəbdən uşaqda immun hüceyrələrin yaranması prosesi zəifləyir. Stress immun sistemi ilə yanaşı körpənin beyninin inkişafına da öz təsirini göstərir.

 

Aztibb.az Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, hamiləlik dövründə stress anaya, körpəyə mənfi təsir edir və erkən doğuma səbəb ola bilər. Buna görə də hamilə qadının yaxın ətrafı bu müddət ərzində ona mənəvi dəstək olmalıdır.

 

Hamiləlik zamanı ağır stress keçirən anaların uşaqlarında gələcəkdə diqqət dağınıqlığı, hiperaktivlik, depressiya kimi psixoloji problemlərə rast gəlinir.

 

Ananın səsi bətnindəki körpənin ən çox vərdiş etdiyi səsdir. Səsdə narahatlıq, təşviş, həyəcan hiss olunarsa, bu ilk növbədə körpəyə təsir edir.

 

Bu vəziyyətdə hamilə qadının ətrafında olan insanlar onu hər cür ruhlandırmalı, stress və həyəcandan qorumalı, ona qarşı mehriban, nəvazişli olmalıdır. Bu hamiləliyin gedişatı və gələcək körpənin sağlamlığı üçün olduqca vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır