Həkim fitoterapevt: "Darçın təbii ağrıkəsicidir"
16.09.2022 09:36
Darçın faydalarını saymaqla tükənməyən bir nemətdir. Gözəl dadı, insanı rahiyyələndirən ətri bir əsəb sakitləşdiricidir. Azərbaycan mətbəxində təəsüflər olsun ki, darçından az istifadə olunur.
Həkim fitoterapevt darçının faydalarından bəhs edərkən belə deyib. O, bildirib ki, darçının gözəl ətri ağız qoxusunu aradan qaldırır. Darçın həmdə ağızdan gələn qoxunu müalicə edir, qanda şəkəri aşağı salır. Buna görə şəkər xəstələrinin sevimli bir qidası olmalıdır. Şəkəri olanlar gündə 1 çay qaşığı darçını istər yeməklərinə, istər çaylarına istərsə də ağızlarına atıb üstündən 1 stəkan su içə bilərlər. Darçın cinsi istəyi artırır. Həm kişilərdə, həm qadınlarda cinsi istəyi artırmaq üçün belə istifadə olunmalıdır:
150 qram darçın tozu
50 qram zəncəfil tozu
Bunları 1 kq şabalıd balına qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır (buna həm də darçın məcunu deyə bilərik). Əgər qanda yüksəlmiş xolesterin, lipidlər, triqliseridlər, ALT, AST, bilrubin və s. varsa, onda darçın məcunundan gündə 3 dəfə yedikdə mükəmməl təsirini görəcəksiniz. Darçının tərkibindəki dəmir, sellüloza, kumarinlər və başqa minerallar antioksidant mənbəyidirlər, bu maddələr bizi həm xərçəngdən qoruyur, həmdə xərçəng olanların hər gün istifdə etdiyi qida olmalıdır. Darçında zəngin kalsium vardır sümük böşluğu, çox tərləmələr, klimaks keçirən xanımların sevimli qidası olmalıdır. Darçın məcunu osteoporoz (sümük əriməsi) xəstələri üçün şəfalıdır.
Bədəni daima soyuq olanlar, əlləri, ayaqları buz kimi olanlar biraz soyuq olan kimi əlləri şişən və göyərən insanlar üçün darçın məcunu əvəzolunmazdır, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 dolu çay qaşığı yeməli və ya 1 stəkan suya qarışdırıb içməli bunu ən azı 1 ay etmək lazımdır. Daimi ishaldan əziyyət çəkən insanlar toz darçını gündə 1 çay qaşığı səhər ac qarına ağıza atıb üstdən 1 stəkan su için və ya daha faydalı olmaq üçün 1 stəkan kisel hazırlayın 1 stəkan kiselə 1 dolu çay qaşığı toz darçın əlavə edib, qarışdırıb acqarına için. Darçın həmdə bədənimizdə xoşbəxtlik hormonlarının istehsalını artırır, xoşbəxtlik hormonları bədəndə təbii ağrıkəsicilərdir, deməli darçın qəbul edən insanlar etməyənlərdən ağrı hissini daha az hiss edirlər.
Darçın təbii ağrıkəsicidir
1 dolu çay qaşığı toz darçını 1 dolu xörək qaşığı bal ilə qarışdırıb üstünə 2 xörək qaşığı su əlavə edib ağrıyan oynaqlara sürtən kimi oynaq ağrılarını götürür, bunu sivilcələrin, səpkilərin, aknelərin üstünə çəkəndə sağaldır, hətta bu qarışımı üzədə çəkə bilərsiniz üzdəki ləkələri götürür, səpgiləri aradan qaldırır, üzə çəkəndə 30 dəqiqədən artıq saxlamaq olmaz. Əgər yaddaş və hafizə zəifliyi, diqqətsizlik, güclü baş ağrıları varsa, onda darçın məcunundan istifadə edin. Darçın məcunu Alzheimer və skleroz xəstəliyinə tutulmanın qarşısını alır.
3 stəkan su tutan çaynikə 1 ədəd qabıq darçın, darçının yarsı qədər kök zəncəfil və zövqə görə Astara çayını qarışdırıb 10 dəqiqə dəmləyib gün ərzində için, bu çay öskürək, xroniki bronxit, mədə ağrısı, qastrit, kolit, köpdən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Bəzən burda zəncəfilin qastritə ziyan etməsini düşünən insanlarda ola bilər, amma acılığına baxmayın, yarım stəkan bu çayı içən kimi mədə yanması və ağrılar tamamilə keçəcək. Bu çay enurez (yerini islatma), qadınlarda adət hallarının uzanması və ya olmaması, revmatizma kimi xəstəliklərdə 1 ay içilməlidir.
Saç tökülməsindən əziyyət çəkən insanlar gündə 3 dəfə yeməkdən əvvəl 1 dolu çay qaşığı darçın məcununu yeməlidirlər və 2 xörək qaşığı qarazirə yağına 1 xörək qaşığı bal, 1 dolu çay qaşığı darçın qarışdırıb saç diblərinə yaxın bunu hər yumazdan 1 saat əvvəl həftədə 2 dəfə cəmi 10 dəfə istifadə etsəniz, çox faydalı bir təsirini görəcəksiniz. 1 xörək qaşığı darçın tozunu 100 qram qarazirə yağına qarışdırıb 5 dəqiqə vam odda zəif qaynadın, süzün, ağzını kip bağlayıb saxlayın bu yağdan revmatizm ağrılarında, oynaqlar, əzələ qıcolmalarında, iflic olmuş əzələləri, bel ağrılarında, bel, boyun osteoxondrozunda isə boyunu gündə 1 dəfə masaj edin bu yağ ağrıların azalmasına səbəb olacaq. Darçını istifadə etdikdən sonra allergiya olarsa, davam etmək olmaz. Hamilə xanımlar darçını çox az miqdarda qəbul edə bilərlər. Yazılmış dozadan çox istifadə edəndə qanda şəkərin səviyyəsini sala bilər.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

