Rusiyanın tibbi məhsullar istehsal edən şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
15.09.2022 09:42
14 sentyabr 2022-ci il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında Rusiya Federasiyası Ryazan vilayətinin tibbi məhsullar istehsal edən şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Mərkəzi Gömrük Hospitalı rəisinin müavinləri Bəxtiyar Musayev və Rəna Qasımova iştirak ediblər.
Aztibb.az xəbər verir ki, Ryazan vilayətindən gəlmiş nümayəndələr öz şirkətlərinin fəaliyyəti və istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat təqdim edib, Mərkəzi Gömrük Hospitalı ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduqlarını bildiriblər. Müxtəlif çeşidli sarğı və tibbi sərfiyyat materialları istehsal edən, tibb müəssisələrində “təmiz otaqların” layihələndirilməsi və montajı ilə məşğul olan, hialuron turşusu əsaslı dərman və kosmetik vasitələr istehsal edən şirkətlərin nümayəndələri görüşdə çıxış ediblər.
Hospital rəisinin müavini Bəxtiyar Musayev Mərkəzi Gömrük Hospitalının strukturu, çoxtərəfli fəaliyyəti, burada həyata keçirilən mürəkkəb əməliyyatlar, COVID pandemiyası zamanı görülmüş işlər barədə qonaqlara məlumat verib. B.Musayev Mərkəzi Gömrük Hospitalının da əməkdaşlıqda maraqlı olduğunu deyərək qarşıya çıxa biləcək texniki problemlərin həll edilə bilməsi üçün şirkətlərin Azərbaycanda nümayəndəlik açmasının daha məqsədəuyğun olacağını bildirib.
Sonda qonaqlar görüşün təşkilinə görə Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə təşəkkür ediblər və Hospitalın nümayəndələrini 15 sentyabrda keçiriləcək sərgiyə dəvət ediblər.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03

