Gələn ay əlilliyi olan şəxslərin reabilitasiya mərkəzlərinə qəbulu başlanacaq  
23.09.2020 12:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzlərində oktyabrın əvvəllərindən əlilliyi olan şəxslərin qəbuluna başlanması nəzərdə tutulur.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, əhali arasında virusa yoluxma sayının azalması və xəstələrin sağalmasında müsbət dinamika nəzərə alınaraq, əlilliyi olan şəxslərin mərhələli şəkildə reabilitasiya mərkəzlərində stasionar formada qəbulu planlaşdırılır. İlkin mərhələdə pandemiya ilə əlaqədar bərpa müalicəsi yarımçıq qalan, yüksək reabilitasiya potensiallı və daha çox reabilitasiyaya ehtiyacı olan şəxslər, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar bərpa müalicəsi ilə təmin ediləçək. Həmin şəxslərin növbəlilik əsasında reabilitasiya müəssisələrinə qəbulu həyata keçiriləcək.

 

Sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq sosial məsafənin qorunması məqsədi ilə əlilliyi olan şəxslər palatalarda tək yerləşdiriləcək. Ümumilikdə, postpandemiya dövründə bərpa mərkəzlərində əlilliyi olan şəxslərin və işçi heyətinin COVİD-19 infeksiyasından qorunması üçün profilaktik tədbirlərə dair daxili təlimatlar hazırlanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib