Stenokardiya xəstələrinin diqqət etməli olduqları məqamlar
14.09.2022 11:26
Stenokardiyadan (ürəyin işemik xəstəliklərindən biri) əziyyət çəkən xəstələr miokard infarktı və həyati riskin qarşısını almaq, həmçinin simptomları azaltmaq və ya tam aradan qaldırmaq üçün bir sıra məqamlara əməl etməli və diqqətli olmalıdırlar.
 
Aztibb.az xəbər verir ki,  ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev stenokardiya xəstələrinin diqqət etməli olduqları məqamlardan bəhs edib.
  
Belə ki, stenokardiya xəstələri:
 
- Əsəb gərginliyindən uzaq olmalı;
- Qan təzyiqini daim nəzarətdə saxlamalı;
- Artıq bədən çəkisindən azad olmalı;
- Spirtli içkilərdən və siqaretdən imtina etməli;
- Yağlı qidalar qəbul etməməli (xolesterinsiz qidaya üstünlük verməli);
- Faydalı qidalardan istifadə etməli (meyvə, tərəvəz);
- Qanda şəkəri olan xəstələr daim endokrinoloq nəzarətində olmalı;
- Gündəlik olaraq ən azı 30 dəqiqə təmiz havada piyada gəzməli;
- Müalicə rejiminə düzgün riayət etməli;
- Lazımi müayinələrdən vaxtında keçməli (EKQ, EXO, laborator müayinələr);
- Yalnız həkimin təyin etdiyi dərman preparatlarından istifadə etməlidirlər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub