“Qısamüddətli müdaxilələr qeyri-infeksion xəstəliklərə qarşı faydalıdırmı?” mövzusunda vebinar keçirilib
14.09.2022 10:32
Ümumdünya Səhiyyə Təşkilatı və “Azərbaycan Həkimlər və Təbib Tələbələr” (AzerMDS) İctimai Birliyi 10 sentyabr tarixində “Qeyri-infeksion Xəstəliklər üçün Qlobal Tədbirlər Həftəsi” çərçivəsində “Qısamüddətli müdaxilələr qeyri-infeksion xəstəliklərə (QİX) qarşı faydalıdırmı?” adlı vebinar təşkil edib.
 
Müxtəlif universitetlərdən tələbə və gənc həkimlərin iştirakı ilə baş tutan vebinarda həyat tərzini dəyişməyin QİX-lərin profilaktika və müalicəsində effektivliyi və onların bu sahədə ata biləcəyi addımlar müzakirə olunub.
 
Aztibb.az spiker Dr. Elturan İsmayılovun bu mövzuda səsləndirdiyi əsas fikirləri paylaşır:
 
"Sadəcə 3-5 dəqiqə ayıraraq insanların sağlamlıq davranışlarına təsir göstərmək və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə aparmaq mümkün və effektivdir. Tələbələr və gənc həkimlər çalışdıqları tibb müəssisələrində, asudə vaxtlarını keçirdikləri yerlərdə, ailələri və yaxınları ilə görüşərkən, ictimai nəqliyyatda yol gedərkən - bir sözlə, ünsiyyət qura bildikləri hər yerdə insanların həyatını dəyişə bilərlər".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb