Apteklərdə aparılan yoxlamaların nəticələri açıqlanıb
13.09.2022 17:30

2022-ci ilin 1-31 avqust müddətində ümumilikdə 52 aptekdə monitorinq keçirilib.

 

Analitik Ekspertiza Mərkəzindən verilən xəbərə görə, 6 adda, 19 qutu dərman vasitəsi müsadirə edilib.

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1 və 452.3 maddələrinə əsasən 8 protokol tərtib edilib.