Bəzi qadın xəstəliklərinin müalicə üsulu yalnız əməliyyatdır - Ginekoloq Mehriban Hacızadə
13.09.2022 10:39

“Elə qadın xəstəlikləri var ki, illərlə müalicə etsən belə, aradan qalxmır, tək müalicə üsulu ancaq əməliyyatdadır. İnsanlarda isə əməliyyat xofu var. Qorxmaq lazım deyil, o da müalicənin bir növüdür".

 

Aztibb.az xəbər verir ki, bu fikirləri Xətai Tibb Mərkəzinin Genikologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mehriban Hacızadə əməliyyatı vacib olan və artan qadın xəstəliklərindən danışarkən deyib.

 

Həkim bildirib ki, son illər ən çox yayılan və yalnız əməliyyatla aradan qaldırılan qadın xəstəlikləri fibro, qanama miomaları, kistomalar, uşaqlıq yolu problemləri, sallanmalar, sidik kisəsinin və düz bağırsağın sallanmasıdır. Bu xəstəliklərlə bağlı çox müraciətlər olur. Miomalarda bəzi müalicə yolları var, müalicələrlə qarşısını ala bilirk, amma sallanmalar müalicə olunmur, yalnız əməliyyat lazımdır.

 

"Ümumiyyətlə, qadın xəstəlikləri son illər artıb. Mənim fikrimcə, əvəllər qadın məsləhətxanaları, poliklinikalar daha əlaqəli işləyirdilər, qadınları evlərdə gedib yoxlayırdılar. Bu istiqamətdə işlər indi bir az zəifləyib. İnsanların özlərində də həkimə getmək istəyi olmur. Hər qadın altı aydan bir yaxma analizi verməlidir, müayinədən keçməlidir. Bizdə bu mədəniyyət formalaşmayıb. Bunun üçün qadınlarla maarifləndirici işlər görülməlidir. Yeni ailə qurmuş, ana olmuş xanımlara maarifləndirici söhbətlər aparılmalıdır. Tək-tək halda qadın xəstələnmədən analizə, yoxlamaya gəlirlər".

 
M.Hacızadə qadınlar səhhətlərinə daha diqqətli yanaşmalarını, vaxtlı-vaxtında müayinə olunmağı, şəxsi gigiyenalarına fikir verməyi tövsiyə edib.  Sağlam qadın, sağlam gələcəkdir”.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev