Kürək ağrısı zamanı bu hərəkət yolverilməzdir - Həkim TÖVSİYƏSİ
13.09.2022 10:16

Bəzən ata-analar onurğa ağrısı zamanı uşaqlarından kürəklərinə çıxıb ayaqlamalarını xahiş edirlər. Bu halda hansısa xəsarət almaq mümkündür?

 

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-fizioterapevti Ülviyyə Mikayılzadə suala cavab verərək bildirib ki, bu, çox yanlışdır:

 

"Bir həkim kimi insanlara sağlamlıqlarına qarşı belə laqeyd olmağı tövsiyə etmirəm. Çünki onurğa sütunu sadə orqan deyil. Baş beyin ilə onurğa beyni arasında mükəmməl bir əlaqə var, onun içərisindən mərkəzi sinir sisteminin önəmli hissəsi keçir.

 

Həmin o tapdalama zamanı mexaniki travmalar almaq olar. Bu isə zamanla çox ciddi fəsadlara yol aça bilər. Əvvəllər nə üçün bu qədər disk yırtıqları, skolioz yox idi? Bax elə bu tapdalamaların nəticəsi, eləcə də qeyri-peşəkar masajçıların, idman mütəxəssislərinin insanları yanlış yönləndirmələri səbəbindən xəstəliklər cavanlaşıb. Tibbi xidmət göstərən hər kəs və istənilən obyekt, kabinet ciddi nəzarətdə olmalıdır. Peşəkar insanlar müalicə ocaqlarına cəlb edilməli, digər şəxslər isə uzaqlaşdırılmalıdırlar".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev