Zirinc psixoloji problemlərin aradan qalxmasına kömək edir 
12.09.2022 15:58

Hələ 700 il bundan əvvəl Qədim Çində loğmanlar zirincin faydasını görərək sağlamlığına biganə olmayanların diqqətini bu bitkiyə yönəltmişdilər. Aradan ötən əsrlər zirincin insan orqanizminə nə qədər faydalı təsiri olduğunu bir daha sübut etdi. Zirincin yarpaq və meyvələrindən bir sıra xəstəliklərin müalicəsində istifadə edilmək üçün dərmanlar hazırlanır.

 

Aztibb.az tibbi saytlara istinadla xəbər verir ki, zirinc orqanizmdə qocalma prosesinin sürətini azaldır. Onun lifli quruluşu, antioksidant tərkibi orqanizmdə sərbəst radikalların təsirini azaldır və dərini gəncləşdirir.

 

Çin həkimləri 2-ci tip şəkərli diabet xəstələrinə hər gün zirinc meyvələri qəbul etməyi məsləhət görürlər, çünki onun qanda insulin və şəkəri normallaşdırmaq xüsusiyyəti var. Zirinc qanda xolesterolun miqdarını da azaldır. Həkimlər aktiv həyat tərzi yaşayaraq özünü gün ərzində yorğun və halsız hiss edənlərə zirinc çayı içməyi tövsiyə edirlər.

 

Zirinc psixoloji problemlərin aradan qalxmasına da kömək edir və onu uzun müddət qəbul etdikdə depressiya əlamətlərini aradan qaldırır. Tərkibindəki C vitamini sayəsində orqanizmin bu vitaminə olan tələbatı ödənilir və müqaviməti artırılır.

 

Tərkibində 19 müxtəlif amin turşusu olan zirinc əzələlərin möhkəmlənməsinə yardım edir, artıq yağların orqanizmdən xaric olmasını sürətləndirir. Onun meyvəsi mədə-bağırsaq fəaliyyətini sürətləndirməklə həzm sistemini normallaşdırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev