Diş ağrısı əleyhinə TƏBİİ ÇARƏLƏR
12.09.2022 09:52
Müasir dövrdə diş ağrıları əleyhinə təbii vasitələr az istifadə olunur. Yadda saxlamaq lazımdır ki, ağrıyan dişin üzərinə ağrıkəsici həblərin qoyulması yanlış addımdır. Çünki ağrıkəsici həblər qana sorulmalı, ağrıyan dişdə olan infeksiya və iltihabı müalicə etməli, bununla da ağrını azaltmalıdır. Ağrıkəsici həblərin diş üzərinə qoyulması isə bu nəticəni vermir.
 
Həkim fitoterapevt Fizuli Hüseynov diş ağrıları əleyhinə bir neçə effektli üsulu xatırladarkən belə deyib. 
 
Həkim diş ağrılarına qarşı bir neçə təbii üsulu bölüşüb.
 
Belə ki, 1-2 ədəd mixək əzilərək ağrıyan dişin üstünə qoyulduqda 3-5 dəqiqədən sonra ağrı azalmağa başlayır. Və ya 1 xörək qaşığı mixək 100 qram adi arağın içinə tökülərək 15 gün saxlanılır cövhər hazırlanır (əgər bu cövhəri tez hazırlamaq istəyirsinizsə, onda mixəyi qəhvəüyüdəndə əzib sonra araqla qarışdırıb gözləmədən istifadə edə bilərsiniz). Diş ağrıyan zaman pambıq cövhərə batırılaraq ağrıyan dişin üzərinə qoyulur. Ağrını azaltmaq üçün 100 qram alma sirkəsində 1 xörək qaşığı duz həll edilir, alınan məhlulla qarqara edilir. 20 qram propolis 100 qram arağın içində həll olunaraq qarqara edildikdə ağrı keçir (20 faizli propolis cövhəri aptek və ya fitoklublarda hazır halda da satılır), diş ətinin şişi çəkilir.
 
Fitoterapevt qeyd edib ki, ağrı ilə yanaşı, diş ətində şişkinliyin olması diş köklərində iltihabi ocağın olduğunu göstərir. Belə halda 300 qram bal, 20 qram propolis və 30 qram ud-hindi qarışdırılır, gündə 3 dəfə hər dəfə yarım çay qaşığı yeməkdən əvvəl yeyilir. Yaxşı olar ki, əvvəlcə şişmiş damağa çəkilsin, sonra yavaş-yavaş sorularaq yeyilsin. Qarışıq bədənin immun sistemini gücləndirir və orqanizmi iltihab əleyhinə səfərbər edir, 2-3 günə iltihabi şişlər geriyə sorulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev