“Sağlam olaq – Donor olaq” adlı tədbir təşkil olunub
10.09.2022 11:49

Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin təşkilatçılığı, həmçinin Talassemiya Mərkəzi və Mərkəzi Qan Bankının birgə dəstəyi ilə “Saglam olaq – Donor olaq” adlı təbliğat-təşviqat xarakterli tədbir təşkil olunub.

 

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin İdarə Heyətinin sədri Fuad Rəsul, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərova, eləcə də Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarova, Mərkəzi Qan Bankının həkimi Fəridə Məmmədova və Talassemiya Mərkəzinin həkim-hematoloqu Gülər Məmmədova mövzu üzrə məruzələrlə çıxış ediblər.

 

Qeyd edək ki, qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib