ATU-da ikinci ali təhsil almaq istəyənlərlə görüş keçirilib
10.09.2022 08:46

Azərbaycan Tibb Universitetində (ATU) ikinci ali təhsil almaq istəyən şəxslərlə görüş keçirilib.

 

Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Tədris və müalicə işləri üzrə prorektor, professor Sabir Əliyev, Tədris şöbəsinin müdiri Kamandar Yaqubov, universitetin hüquqşünası, fakültə dekanları və universitetin İctimai Nəzarət Şurasının üzvləri iştirak ediblər.

 

İkinci təhsil üçün müraciət edən şəxslərin sənədləri bir daha yoxlanılıb, təhsil şərtləri, yeni qaydalar izah olunub.

 

Qeyd edək ki, Azərbaycan Tibb Universitetində 2017-ci ildən başlayaraq II təhsil üçün tələbələrin seçimi aparılır. Amma ATU-da bu proses digər universitetlərdəkindən fərqlidir. Belə ki, yalnız ATU-nu, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialını və Naxçıvan Dövlət Universitetinin tibb, əczaçılıq və stomatologiya ixtisaslarını bitirənlər Tibb Universitetində ikinci təhsil üçün müraciət edə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib