Ümumdünya İlk Tibbi Yardım Gününə həsr edilən tədbir keçirilib
09.09.2022 21:17

Sentyabrın 9-da Dövlət Gömrük Komitəsinin Akademiyasında könüllü gömrükçülər üçün Ümumdünya İlk Tibbi Yardım Gününə həsr olunan tədbir keçirilib.

 

Tədbirdə Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi Vüqar Əliyev, DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının təcili yardım şöbəsinin əməkdaşları iştirak ediblər.

 

Çıxış edənlər “Könüllü gömrükçü” dəstəsinin fəaliyyətindən məmnunluqla bəhs edib, dəstə üzvlərinin ilk tibbi yardım haqqında əldə edəcəkləri bilik və bacarıqların mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Sonra həkimə qədər ilk tibbi yardım, ilan, əqrəb, hörümçək və həşərat sancmaları, eləcə də müxtəlif zəhərlənmələr zamanı ilk tibbi yardım mövzusunda təqdimatlar nümayiş etdirilib.

 

Eyni zamanda, ilk tibbi yardımın faydası, ardıcıllığı, süni tənəffüsün verilməsi qaydaları və digər zəruri məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirin sonunda könüllü gömrükçülər öyrəndikləri bilikləri təcrübədə tətbiq ediblər. Daha sonra həkimlər onların suallarını cavablandırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib