"Təkmil Həyata Dəstək” kursu keçirilib
08.09.2022 18:18

Bu gün K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Çocuk Acil Tıp ve Yoğun Bakım Derneğinin birgə təşkilatçılığı ilə “Təkmil Həyata Dəstək” (ÇİYAD) kursu keçirilib.

 

Tədbiri giriş nitqi ilə Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, t.ü.f.d. Allahverdi Musayev açıb.

 

Daha sonra  Türkiyə Respublikasından dəvət olunmuş professorlar Tanıl Kendirli, Dinçer Yıldız və Murat Duman çıxış edərək keçiriləcək kursun iştirakçıların gələcək həyatlarında əhəmiyyətindən bəhs ediblər.

 

Kurs nəzəri və praktiki qaydada keçirilib.

 

Nəzəri hissədə dosent Emel Ulusoy “Kritik xəstə dəyərləndirilməsi”, Murat Duman “Təkmil yaşam dəstəyi”, Dinçer Yıldızdaş “Solunum çatışmazlığı və onun müalicəsi” mövzularında məruzələrlə çıxış ediblər.

 

Praktiki hissə isə Dinçer Yıldızdaş “Şok və müalicəsi”, Tanıl Kendirli “Uşaqlarda yetgin yaşlarında dərmanlar” mövzusunda təqdimatlar ediblər.

 

Məlumat üçün bildirək ki, pediatr və anestezioloq-reanimatoloqlar üçün nəzərdə tutulan kursu uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunacaq.
Kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurası tərəfindən 9 DTT balı ilə akkreditasiya olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib