Qanaxmadan əziyyət çəkən 49 yaşlı qadın uğurla əməliyyat olunub - ETMGİ
08.09.2022 15:19

Uzun zamandır qanaxmadan əziyyət çəkən 49 yaşlı qadın müayinə və müalicə ilə bağlı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna (ETMGİ) müraciət edib.

 

ETMGİ-dən Aztibb.az-a verilən məlumata görə, həkim mama-ginekoloq, t.ü.f.d. Gülnarə Əzimova tərəfindən konsultasiya olunan pasiyentin anamnezi toplanılıb. Qadından başqa tibb müəssisələrində dəfələrlə endometriyanın qaşıntısı götürülüb və histoloji müayinəsi icra olunub. Nəticədə qeyd olunan hiperplastik proseslərə uyğun aparılan müalicələr heç bir nəticə verməyib və müalicəyə tabe olmayan uşaqlıq qanaxmalarına gətirib-çıxarıb.

 

Xəstənin toplanılmış anamnezi yenidən İnstitutda aparılan müayinə və müalicələr nəticəsində G.Əzimova tərəfindən uşaqlığın artımlar ilə birlikdə total histerektomiya əməliyyatının icrası qərara alınıb.

 

Əməliyyat uğurla sonlanıb və pasiyent problemdən azad olub.



ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib