Belçikada qocalar evində 3 nəfər çox insulin vurularaq öldürülüb 
08.09.2022 11:06

Belçikada qocalar evində qalan 3 nəfər qocanın ayaq barmaqlarının arasına daha çox insulin vurularaq öldürüldüyü müəyyən edilib. 

 

Aztibb.az "The Brussels Times"a istinadən xəbər verir ki, ölkənin qərbindəki Oostrozebeke qəsəbəsindəki qocalar evində insulinlə törədilən 3 cinayətlə yanaşı, 6 qətlə cəhdin də olduğu üzə çıxıb. İlk dəfə 2020-ci ilin iyul ayında başladığı bildirilən hadisələrdə qocalar evində qalan bəzi insanlara təxminən 1 il ərzində həddindən artıq dozada insulin verildiyi müəyyən edilib. İynə izlərinin görünməməsi üçün ayaq barmaqları arasında insulinin vurulduğu müəyyən edilib. 

 

Bəzi yaşlı insanlara isə şəkərli diabeti olmadığı halda belə insulin vurulub. 3 qocanın bu səbəbdən öldüyü, 6 nəfərin isə daha çox insulin dozası almasına rəğmə sağ qaldığı da qeydə alınıb. Covid-19 pandemiyası zamanı qocalar evlərinə girişin məhdud olması və insulin inyeksiyalarının qapalı tutulması səbəbindən şübhələr qocalar evində çalışanların üzərində cəmlənir.

 

Belçika polisi hadisə ilə bağlı araşdırma aparır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib