Daha bir ölkədə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb
08.09.2022 09:30

Misirdə meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb. Virusun daşıyıcısı olan və Avropa ölkələrindən birində müvəqqəti yaşayan misirli xəstəxanaya yerləşdirilib və karantinə alınıb.

 

Misirin Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, meymunçiçəyi virusuna yoluxan 42 yaşlı pasiyent Ümumdünya Səhiyyə Təşkilatının təlimatına uyğun şəkildə müalicə olunur və onun həyatı üçün təhlükə yoxdur. Nazirliyin rəsmisi bildirib ki, ölkənin hava və dəniz limanlarında, habelə quru sərhədlərində bu təhlükəli virusla bağlı nəzarət və profilaktiki tədbirlər həyata keçirilir.

 

Misirin səhiyyə naziri Xalid Abdel-Qaffar jurnalistlərə müsahibəsində bildirib ki, meymunçiçəyi virusuna yoluxmuş xəstələrin müalicəsində effektli dərman olan Tekovirimat preparatı alınıb. ABŞ-ın “SIGA Tecnhnologies” əczaçılıq şirkətinin istehsal etdiyi bu preparat Avropa Əczaçılıq Agentliyi tərəfindən təsdiq olunub.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib