8 Sentyabr - Dünya Fizioterapiya Günüdür
08.09.2022 09:14
8 Sentyabr - Dünya Fizioterapiya Günüdür. Bu gün fizioterapevtlərə onların insanlara sağlamlıq bəxş etməkdə önəmli rola malik olduqlarını hər kəsə duyurmaq üçün şans verir.
 
Aztibb.az xəbər verir ki, Dünya Fizioterapiya Günü Dünya Fiziki Terapiya Konfederasiyası tərəfindən 1996-cı ildə təsis edilib. Bu gün həmin konfederasiyanın 1951-ci ildə yaradıldığı gündür.
 
Fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir.
 
İdman zədələrinin sağaldılması, cərrahi əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya, xroniki ağrılar, nevroloji və tənəffüs pozulmaları, ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet və insult xəstəlikləri zamanı da qabaqlayıcı fizioterapevtik müalicə üsulları tətbiq edilir.
 
Fizioterapevtlər qamət problemlərini həll etməyə, xəstəliklərin bəzi fəsadlarını aradan qaldırmağa, zədələnmiş əzələləri tədricən bərpa etməyə, baş və sümük ağrılarının qarşısını almağa yardım göstərir, gərginliyi azaltmağa və orqanizmi xoşagəlməz xəstəliklərdən qorumağa kömək edirlər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb