Revmatizmin müalicəsi üçün TƏBİİ ÜSULLAR
07.09.2022 17:05
Revmatizm xəstəliyi təəssüf ki, artan xəstəliklər sırasındadır. Sadə görünsə də, təhlükəli bir xəstəlikdir. Lakin təbii vasitələrlə mütəmadi müalicə onu sağalda bilər. Xəstəliyin 120-dən çox müxtəlif formaları var, bədənin bütün üzvlərini zədələyə bilir. Qan, əzələ, hüceyrə, sümük, qığırdaq və s. formaları var. Ən çox yayılmış qığırdaq və sümük formalarıdır. Revmatizmin bu qədər növünün olmasına baxmayaraq xalq təbabətində demək olar ki, bunların hamısı üçün eyni müalicə üsulu var.
Həkim fitoterapevt Fizuli Hüseynovun sözlərinə görə, revmatizm zamanı qanda mikrobların (streptokoklar) artması, bədəndə autoimmun proseslərin işə düşməsi ürək klapanlarının zədələnməsi ilə nəticələnir. Ürəyə qulaq asdıqda ürək döyüntülərindən sonra fışıltı səsi gəlir ki, bu da ürək klapanlarının tam bağlanmadığını və qanın bir hissəsinin ürəyə qayıtdığını göstərir. Mədəciklərə qayıdan qanın həcmi getdikcə çoxalır və sonda ürək çatışmazlığına səbəb olur.
F.Hüseynov bildirib ki, oynaqlarda üzücü ağrılar, halsızlıq, yorğunluq, axşamlar 37-38 dərəcəyə (bəzən temperatur olmaya bilər) çatan temperatur olduqda revmatizmə görə müayinə olunmaq lazımdır.
Revmatizmin müalicəsində ilk növbədə bədənin müqavimətini yüksəltmək və antimikrob təsir göstərən bitkilərdən istifadə etmək lazımdır. İmmunitet zəif olduqda bu xəstəlikdən xilas olmaq mümkün deyil.
İmmunitet artıran məcun:
Zəncəfil – 50 qr
Qara zirə – 50 qr
Biyan kökü – 20 qr
Eleuterokok və ya exinaseya otu – 50 qr
Bibəriyyə – 50 qr
Çiçək tozu – 50 qr
Propolis (vərəmum) – 50 qr
Bal – 1 kq
Tut bəhməzi – 0.5 kq
Bitkilər toz halına salınıb qarışdırılır, məcun hazırlanır. Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır.
İltihab əleyhinə təsir göstərən bitki qarışığı:
Gülümbahar çiçəyi – 50 qr
Ardıc meyvəsi – 50 qr
Udi hindi – 50 qr
Gəndalaş çiçəyi – 50 qr
Gicitkən yarpağı – 50 qr
Qatırquyruğu otu – 50 qr
Tozağacı yarpağı – 50 qr
Boymadərən otu– 50 qr
Bitkilər qarışdırılır, qarışıqdan 3 orta xörək qaşığı 3 stəkan suda termosda dəmlənir. Gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 stəkan içilir. Tərkibi hazırlamaq çətinlik törətdikdə eyni tərkibdə revmatizm əleyhinə yığıntıdan istifadə etmək olar.
Oynaq ağrıları üçün müalicə
Oynaq ağrıları güclü olduqda 2 kq dağ (Naxçıvan) duzu isidilərək pambıq parçaya bükülür, isti şəkildə diz və ya bel nahiyəsinə bağlanır. Və yaxud oynaqlara və bel nahiyəsinə gündə 2 dəfə qarazirə yağı çəkilir.
20 kq Naftalan nefti qızdırılır, elə bir qaba tökülür ki, ayaqlar içinə salındıqda neft dizdən yuxarı çıxsın. Gündə bir dəfə yarım saat müddətində ayaqlar neftin içində saxlanır. Naftalan nefti uzun müddət keyfiyyətini saxladığından onu 1 il istifadə etmək olar.
Bakıda Hövsan yolunda yerləşən duzlu göldə 1 ay müddətində hər gün çimmək və gölün palçığından bütün bədənə sürtmək, sonra boz rəng alana qədər gözləmək də yaxşı nəticə verir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

