Bitki Mühafizəsi təşkilatlarının rəhbərləri Qida Təhlükəsizliyi İnstitutunda olublar  
07.09.2022 11:40

Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) katibi Osama El-Lissy ilə Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) sədr müavini Sultan-Mahmud Sultanov Qida Təhlükəsizliyi İnstitutunda olublar.

 

Görüşdə onlara institutun fəaliyyət istiqamətləri, beynəlxalq təşkilatlarla əməkdaşlığı, maddi-texniki bazası, qurumun tabeliyindəki laboratoriyaların işi barədə geniş məlumat verilib.

 

Bildirilib ki, institutun nəzdində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyasının əsas istiqaməti bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda bitkilər üçün zərərli orqanizmlərin aşkarlanması və diaqnostikasından ibarətdir. Laboratoriya tez və dəqiq diaqnostikanın təmin edilməsi məqsədilə karantin tətbiq edilən zərərli orqanizmlərin başqa dövlətlərin ərazisindən respublikamızın ərazisinə keçməsinin və yayılmasının qarşısının alınması, etibarlı sertifikatlaşdırma sisteminin dəstəklənməsi ilə ölkədə istehsal olunmuş bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsi, eləcə də ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır.

 

Görüşdən sonra qonaqlar tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçirib, laboratoriyalarda təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə aparılan müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri ilə yaxından tanış olublar.

 

Qeyd edək ki, Osama El-Lissy və Sultan-Mahmud Sultanov Bakıda keçirilən IPPC-nin Avropa və Mərkəzi Asiya üçün regional tədbirində iştirak etmək üçün Azərbaycana gəliblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib