Koronavirusla mübarizədə iştirak edənlərə may-iyul ayları üzrə 492 min manata yaxın müddətli əlavə ödənilib
07.09.2022 13:22

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına və Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamlarına uyğun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2022-ci ilin may-iyul ayları üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına və saatına mütənasib olaraq təxminən 448 min manata yaxın, qeyri-tibb işçilərinə isə 44 min manata yaxın müddətli əlavə ödənilib.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Aztibb.az-a verilən məlumata görə, tibb və qeyri-tibb işçilərinə ödənilən müddətli əlavələrin məbləği aşağıdakı kimidir:

Aylar

Dövlət tibb müəssisələri üzrə

Cəmi

Tibb işçiləri

Qeyri-tibb işçiləri

May

237 868,70 AZN

(1107 nəfər)

21 921,72 AZN

(386 nəfər)

259 790,42 AZN

(1493 nəfər)

İyun

82 640,16 AZN

(385 nəfər)

8 316,73 AZN

(56 nəfər)

90 956,89 AZN

(441 nəfər)

İyul

127 352,85 AZN

(438 nəfər)

13 380,51 AZN

(104 nəfər)

140 733,36 AZN

(542 nəfər)

CƏMİ:

447 861,71 AZN

(1930 nəfər)

43 618,96 AZN

(546 nəfər)

491 480,67 AZN

(2476 nəfər)

 

Dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq agentlik tərəfindən iyun və iyul ayları üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 avqust tarixli Qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin ödənilməsi 2022-ci il sentyabrın 1-dək uzadılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib