Bu ərzaqlar xərçəng xəstəliyinin qarşısını alır - Onkoloq
07.09.2022 15:44

Xərçəng xəstəliyi hüceyrələrin mutasiya etdiyi vaxt, yəni orqanizmin sağlam fəaliyyətinə kömək edən hüceyrələrdən ona hücum edən hüceyrələrə çevrildiyi vaxt əmələ gəlir. Xərçəngin reaktiv üsulla müalicəsinə böyük diqqət ayrılmasına baxmayaraq, bu xəstəliyin qarşısını necə almaqdan ötrü tədqiqat aparılıb. Nəticədə bu vəziyyətin yaranmasının qarşısını ala bilən 5 ərzaq müəyyən edilib.

 

Aztibb.az bu barədə medikforum.ru-ya istinadla xəbər verir.

 

Xərçəng insanın hər hansı hüceyrəsini onun həyatının hər anında zədələyə bilər. Ölümün əsas səbəbləri arasında dünyada ikinci yerdə olan bu xəstəlik elmin ən qəddar düşmənlərindən biridir. Xərçəngin daha çox yayılan 4 növü bunlardır: süd vəzisi, bağırsaq, ağciyər və prostat xərçəngi. Bu xəstəliklərin müalicəsinin sürətlə inkişaf etməsinə baxmayaraq, insanlar tərəfindən xəstəliyin bu və ya digər formada inkişaf riskinin necə aşağı salınmasına da diqqət yetirmək mühümdür.

 

Onkoloq Andrey Vorobyov deyib: “Tədqiqat tərkibində konkret bir kimyəvi qrupun – flavonoidlərin mövcudluğu sayəsində xərçəng xəstəliyi riskini aşağı sala bilən 5 ərzağı aşkarlayıb. Flavonoidlər bitkilərdə aşkarlanan polifonik təkrar metabolit növünü təmsil edir. Başqa sözlə desək, onlar adi meyvə və tərəvəzlərdə olan birləşmə qrupunu təşkil edir”.

 

Flavonoidlər təbiətdə rast gəlinən digər birləşmələr kimi hansı flavonoidlərin hansı qidada və hansı kombinasiyada mövcudluğundan asılı olmayaraq, bir sıra üstünlüklərə malikdir. Onların bəziləri iltihabəleyhinə xassəyə malikdir, yəni xərçəngin inkişaf etməsi riskini azaltmağa qadirdir.

 

Onkoloq tərkibində yüksək miqdarda flavonoid olan beş ərzağı və onları hansı dozada qəbul etməyi məsləhət görüb: 1 fincan yaşıl çay, 1 alma, 1 portağal, 100 qram qaragilə, 100 qram brokkoli.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub