TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri ilə bağlı MƏLUMAT
07.09.2022 11:12
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri barədə məlumatları təqdim edirik.
 
Aztibb.az bu barədə TƏBİB-ə istinadla xəbər verir.
 
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Bakı şəhəri, Yasamal rayonu Kazım Kazımzadə 118 ünvanında yerləşir. İnstitutun heyəti 441 nəfərdən ibarətdir.
 
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda Poliklinika, Hamiləliyin patologiyası, I Mamalıq, II Mamalıq, Təcili tibbi yardım, Ginekologiya, Anesteziologiya və reanimasiya, Zahılıq, Yenidoğulmuşların reanimasiyası və intensiv terapiyası, Laboratoriya, Əməliyyatxana şöbələri fəaliyyət göstərir.
 
Müəssisədə elmi istiqamətdə Neonatologiya, Mamalıq, Tibbi Genetik Laboratoriya, Şüa-diaqnostika və Hemostaziologiya, Reproduktiv Sağlamlıq və Analitik Tibbi İnformasiya şöbələri mövcuddur.
 
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər.
 
Qeyd edək ki, gün ərzində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna ambulator tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı 60-70, stasionar tibbi xidmət üçün müraciət edən pasiyentlərin sayı isə 40-60 arası dəyişir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib