Reabilitoloqdan uşaqlarda skoliozun əmələ gəlməməsi üçün MÜHÜM TÖVSİYƏLƏR 
07.09.2022 09:58
"Skolioza qarşı mübarizəyə övladınız dünyaya gələndən sonrakı ilk aylardan başlayın. Bu məsələdə əsas məsuliyyət məhz valideyinlərin üzərinə düşür. Belə ki, südəmər uşağı vaxtından tez otuzdurmaq olmaz".
 
Uşaqlarda skoliozun əmələ gəlməsi ilə bağlı fikirlərini bölüşən tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov belə deyib. 
 
Həkimin sözlərinə görə, uşağın orqanizmini vitamin D ilə təmin etmək üçün hava şəraitindən asılı olmayaraq gündəlik gəzintiyə çıxarmaq lazımdır:
 
"Övladınızın qamətinin düzgün formalaşmasına hər gün diqqət yetirin, qozbel dayanmasına imkan verməyin. Onu idmana yönləndirin. Yazı masasının usağın yaşına və boyuna uyğun quraşdırılmasına, yəni masa və gözlər arasındakı məsafənin 30 sm-dən aşağı olmamasına diqqət yetirin. Məktəb çantası ağır olmamalıdır. İkiqayışlı bel çantası usağın kürəyinə geyindirilməlidir. Bu kimi tədbirlərlə uşağı skoliozdan qoruya, qamətli və sağlam nəsil yetişdirə bilərsiniz".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub