27 yaşlı qadın əri tərəfindən döyülərək öldürülüb
07.09.2022 10:00

Sentaybrın 6-da Qusar rayon sakini 1995-ci il təvəllüdlü Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Qusar rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirmiş, sonuncu almış olduğu xəsarətlərin təsirindən qeyd edilən tarixdə ölüb.

 

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Zedik Əlifxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib