Əlilliyi olan şəxslər yeni qaydalarla təyinat üçün yenidən müraciət edə bilər?
06.09.2022 14:35

Əvvəlki qaydalarla müddətli əlillik təyin olunmuş şəxslərin müddət bitmədən yeni qaydalarla yenidən əlliliyin təyin olunması üçün müraciət edə bilib-bilməməsi məsələsinə aydınlıq gətirilib.

 

Aztibb.az-ın məlumatına görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da deyib ki, hazırda həmin şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş əlillik müddətləri var.

 

“Əgər həmin şəxslərə müddətli əlillik təyin olunubsa, onun müddəti bitdikdən sonra yeni qaydalara uyğun olaraq müraciət edəcək və yeni qaydalarla əlillik təyinatı aparılacaq”, - deyə o əlavə edib. 

 

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minib. Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən edilir. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib