Qayğıkeş həkim-pediatrlar uşaqların sağlam böyüməsini təmin edirlər
05.09.2022 14:08

Pediatr yeni doğulmuş körpənizin ilk həkimidir. Övladınızın dünyaya gəlməsi ilə onun daimi müayinələrə və vaxtında ixtisaslı yardıma ehtiyacı var. Hər bir ana körpəsinin təcrübəli və yüksəkixtisaslı mütəxəssis tərəfindən daimi müşahidəsini təmin etməlidir. Pediatr uşağın doğulduğu gündən 16 yaşına çatdığı dövrə qədər onunla olmalı, bu müddət ərzində uşağın inkişafını, boyunun, çəkisinin artmasını və uşaq orqanizminin böyük orqanizminə keçid dövrü prosesini izləyir.

 

Uşaqlar tanımadıqları böyüklərlə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Tez-tez xəstələnən uşaqlarda isə tanımadığı ağ xalatlı adam, əlindəki termometr, şpris, ampula və s. hətta qorxuya və göz yaşlarına səbəb ola bilər. Bu problemlərdən qaçmaq üçün övladınıza onu beşikdən tanıyan, qayğıkeş və mehriban şəxsi pediatr lazımdır.Həkimə güvənən uşaq onunla asanlıqla əlaqə yaradır. Bu vəziyyətdə diaqnoz qoymaq və müalicəni təyin etmək çox asandır. Belə ki, müəyyən analizlərin toplanması və terapiyanın təyin edilməsi üçün hər dəfə sıfırdan başlamaq məcburiyyəti olmayacaq.

 

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsində yeni doğulan körpələrə ən müasir avadanlıqlarla təchiz edilmiş, təcrübəli pediatr-neonatoloqlar tərəfindən beynəlxalq standartlara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya, intensiv terapiya, ikinci dərəcə qulluq və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.

 

Pediatriya şöbəsinin rəisi, uzman, pediatr Dr.Telman Aytayev və onun komandası – şöbənin əməkdaşları: pediatr-neonatoloq-reanimatoloqlar: Dr. Təranə Göyüşova, Dr. Aygün Sadıxova və Dr. Nazilə Hüseynova, pediatrlar: Dr. Fərəh Vahabova və Dr. Nigar Mirzəyeva, pediatr-neonatoloq: Dr. Minazər Abdullayeva, neonatoloq Dr. Ülkər Məhərrəmova  balaca pasiyentlərə fərdi yanaşmaqla uşaqları müayinə və müalicə edirlər. Hospitalın Uşaq poliklinikasında sağlam uşaqların fiziki və psixiki inkişafına kontrol təqib və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları həyata keçirilir.

 

Uşaq həkimini ailənin bərabərhüquqlu üzvü hesab edirlər. O, uşaqların tərbiyəsində, sağlam olmasında məsuliyyət daşıyır. Uşaqların səhhəti, əhval-rujiyyəsi, inkişaflarında, təhsillərində uğurları da bu həkimdən asılıdır. Axı sağlam və şən uşaq ailənin sevincidir, gələcəyidir. Yüksəkixtisaslı və ən əsası, qayğıkeş həkim-pediatr uşaqların tərbiyəsində və ona qulluq etməkdə uşaqların sağlam böyüməsini təmin edirlər. 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib