Fitoterapevt sağlam KÖKƏLMƏNİN YOLLARINI açıqlayıb
03.09.2022 16:31
Sağlam kökəlmək istəyənlər çəki artımına mane olan səbəbi araşdırmalı və nədən şübhələnməli olduqlarını bilməlidirlər. Kökəlməyə mane olan ilkin səbəblərdən biri qurd xəstəlikləridir.
 
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bağırsaq parazitlərini bədəndən xaric etmək üçün qarışım təqdim edib:
 
- Dağtərxunu çiçəyi – 50 qram
- Boymadərən otu – 50 qram
- Qızılçətir otu – 50 qram
- Səna yarpağı – 50 qram
 
"Bu tərkib, demək olar ki, bütün qurdları tökür. Bu bitkiləri bir-birinə qarışdırın, 2 xörək qaşığı qarışığı 3 stəkan qaynar suya tökün və çaynikdə dəmləyin, süzün və termosa tökün. Böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan, uşaqlar yarım stəkan olmaqla, yeməkdən əvvəl içə bilər. Dəmləmə çox acı olduqda ona bal qatmaq olar".
 
Fitoterapevt bildirib ki, kökəlməməyin ikinci səbəbi zob xəstəliyidir. Bu zaman nə qədər yemək yeyilsə də, yenə də adam arıqlayır. Sizdə hansı zobun olduğunu və qanda yodun miqdarını bilmək lazımdır. Əgər yod azdırsa, aşağıdakı qarışımdan istifadə edə bilərsiniz:
 
Bunları bir-birinə qarışdırıb, qarışımdan 3 çay qaşığı 3 stəkan qaynar suda dəmləyib, süzün, sonra termosa tökün, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.
- Qaytarma otu– 50 qr
- Öksəotu – 50 qr
- Qoz arakəsməsi – 50 qr
- Əgər yod çoxdursa, aşağıdakı qarışımı yoxlayın.
- Öksəotu – 50 qr
- Sofora qönçələri – 50 qr
- Damotu – 50 qr
- Zəncəfil kökü – 50 qram
 
Bu qarışım da birinci qarışım kimi içilir. İçdikdən sonra əsəblərə fikir vermək lazımdır.
 
Həm yodun artıqlığı zaman, həm də yodun azlığı zaman ud hindi bikisinin köklərindən istifadə edə bilərsiniz, köklər toz halına salınır, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ağıza atılır, üstdən 1 stəkan su içilir.
 
İnsan uzun müddət az miqdarda qida qəbul etdikdə mədəsinin həcmi kiçilir. Bunun qarşısını almaq üçün iştahagətirici çayların içilməsi lazımdır.
 
Yovşan 100 qram;
İtburnu meyvəsi 100 qram;
Qızılçətir 50 qram.
 
Bitkilər bir-birinə qarışdırılır, qarışıqdan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suda dəmlənib içilir. Təxminən 15-20 gündən sonra mədənin tutumu artır və iştaha normallaşır. Əgər acı olsa, balla şirinləşdirib gündə 3 dəfə yeməkdən əvvəl için.
 
Bəs nələri yemək lazımdır? 
 
Xəmir yeməkləri, yeməyin üstündən ləbləbi, şirin meyvələr, məsələn, üzüm, əncir, ərik, kişmiş yemək lazımdır. Açıq havada yavaş-yavaş gəzmək faydalıdır. Yemək həmişə eyni vaxtda yeyilməlidir, çünki yemək vaxtı çatanda mədə şirə ifraz edir, bu da iştaha ilə yeməyə səbəb olur. Yeməyi kollektiv olaraq yeyin, süfrə başında camaat olmasında bərəkət vardır. Quzu yox, qoyun ətinə üstünlük verin, kərə yağı işlədin.
 
Kökəlmək üçün məcun:
 
- Qovrulmuş un – 0.5 kq
- Kərə yağı – 0.5 kq
- Bal – 1 kq
- Qoz – 100 qr
- Ərəb xurması – 200 qr (əzilmiş)
- Balqabaq (qaynadılmış və əzilmiş) – 200 qr
- Zövqə görə zəncəfil, darçın, mixək qarışdıra bilərsiniz.
 
Əvvəlcə yağ əridilir, un əlavə edilib qarışdırılır, sonra ocaqdan götürülüb, bal və digər ərzaqlar əlavə edilib qarışdırılır. Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı yeyilir.
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində