Sumqayıtda təcili tibbi yardıma müraciət edənlərin sayı açıqlanıb
02.09.2022 17:13

Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilin ilk 6 ayı ərzində 66 min 532 müraciət edilib.

 

STM-dan Aztibb.az-a verilən məlumata görə, bu müraciətlərdən 287-si zəhərlənmə ilə bağlı olub.

 

Stansiyaya daxil olan orta sutkalıq müraciət sayı isə 365 təşkil edir.