"İspanaq başdan-başa mineral deposudur" - Həkim fitoterapevt
04.09.2022 09:17
Hər bir insanın sağlamlığı, birinci növbədə qəbul edilən qidalardan çox asılıdır. Hər gün ispanağı göyərti satılan piştaxtada görsək də, o qədər əhəmiyyət vermirik. Əsasən hamı ispanağı yumurta ilə kükü bişirərək yeyir.
 
Aztibb.az xəbər verir ki, həkim fitoterapevt Fizuli Hüseynov ispanağın faydalarından bəhs edərkən belə deyib. 
 
Həkimin sözlərinə görə, ispanaq başdan-başa mineral deposudur. Böyüməkdə olan uşaqdan tutmuş yaşlılığa qədər hər kəs üçün faydalıdır. İspanağın həftədə 1-2 stəkan şirəsini çəkib acqarına içmək çox faydalıdır. Buna vərdiş etmək lazımdır. İspanaq yarpaqlarından çiy halda salatlar hazırlamaq olar. Bu, qaraciyər, böyrəklər, sümüklər və gözlər üçün çox faydalıdır.
 
Tərkibi bol miqdarda sellüloz ilə zəngindir. İspanaq babasil xəstələri və daim qəbizlikdən əziyyət çəkənlər üçün də faydalıdır. İspanaqda zəngin dəmir və C vitamini vardır ki, bu da mükkəməl bir immunostimulyatordur.
 
Fitoterapevt onu da deyib ki, ispanaq qan azlığında, halsızlıq, yorğunluqda, göz zəifliyində çox faydalıdır:
 
"İspanaqda zülal da çoxdur, onun doyurucu və enerjiverici bir təsiri vardır. Ürək üçündə faydalı bir qidadır, ürək əzələsini qüvvətləndirir. İspanağı çox yeyən insanlar infarkt olmaz. O, əzələ qıcolmaları olanlar üçün əvəzolunmaz qidadır. İspanağın tərkibindəki minerallar sümük və dişlər üçün çox faydalıdır. Klimaks keçirən xanımlar, hamiləlikdən sonra ana olan xanımlar üçün ispanaq salatı və şirəsi mükəmməldir, sümük ərimələrinin qarşısını alır, təzə qan yaradır".
 
O, xüsusilə diqqətə çatdırıb ki, ispanaqdan yeməklər və ya salatlar hazırlanan kimi yeyilsə yaxşıdır, bir gündən çox saxlanmış ispanaqlı yeməklər tez xarab ola bilər. Belə ki, ispanaqlı yeməklərdə zəhərli nitrat turşusunun duzları əmələ gəlir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub