AQTA: 694 qida subyektində işçilərin tibbi müayinədən keçirilmədiyi aşkarlanıb
01.09.2022 17:24

Nəzarət tədbirləri çərçivəsində 2022-ci ilin müvafiq dövrü ərzində Qida Təhlükəsizliyi Agentliyi respublika üzrə fəaliyyət göstərən 1195 istehsal, ticarət və ictimai iaşə müəssisəsində planlı və plandankənar yoxlamalar keçirib.

 

Aztibb.az-ın məlumatına görə, AQTA-dan bildirilib ki, yoxlamalar zamanı 694 qida subyektində (obyektində) obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi aşkarlanıb.

 

Bu isə yoxlama keçirilmiş qida subyektlərinin (obyektlərinin) 58%-ni təşkil edir.

 

Statistikadan da göründüyü kimi, hazırda bu sahədə ciddi qayda pozuntuları mövcuddur və yol verilən qanunsuz hallar insanların təhlükəsizliyi və sağlamlığı ilə bağlı təhlükə riskini yaradır.

 

Aparılan araşdırmalar zamanı həmin ticarət və ictimai iaşə müəssisələrində çalışan, obliqat qrupuna daxil olan, ancaq ilkin və dövri tibbi müayinədən keçirilməyən işçilərdə bir sıra xəstəliklər aşkar edilib ki, bu da sözügedən müəssisələrdə işçilərin tibbi müayinədən keçirilməsinin təmin olunmadığını göstərir.

 

AQTA ticarət və ictimai iaşə müəssələrində bu istiqamətdə yoxlama-nəzarət tədbirlərinin miqyasını daha da genişləndirib və aşkar olunan qanunsuz hallarla bağlı müvafiq tədbirlər həyata keçirib. Həmin tədbirlər çərçivəsində tibbi müayinədən keçməyən əməkdaşların işdən uzaqlaşdırılması ilə bağlı qərarlar qəbul edilib.

 

Agentlik bəyan edib ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti dərk edərək məsələyə ciddi yanaşmalı və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etməlidirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib