Gömrük nəzarətindən gizlədilən tibbi məmulatlar aşkarlanıb
22.09.2020 14:43

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda tütün və tibbi məmulatların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Aztibb.az xəbər verir ki, DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, idarənin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Samur" gömrük postuna Rusiya Federasiyasından daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "MAN" markalı yük avtomobili saxlanılıb.

 

Baxış zamanı həmin avtomobilin kabinəsində cihazlar panelinin alt hissəsində olan boşluqda gömrük nəzarətindən gizlədilmiş, sürücü oturacağının üst hissəsində olan çəkməcədə və avtomobilin qoşqusunda əşyalar qoymaq üçün nəzərdə tutulmuş sandıqda gömrük nəzarətinə bəyan olunmayan 800 ədəd xarici markalı siqaret, 80 ədəd papiros, 20 ampul və 90 həb müxtəlif adda dərman preparatı, 30 ədəd kosmetik vasitə, 2773 ədəd stomatoloji məhsul, 20 min 960 ədəd tibbi ləvazimat, 162 ədəd metal qıfıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib