Qida Təhlükəsizliyi Agentliyində şadlıq evlərinin rəhbərləri ilə onlayn görüş keçirilib
01.09.2022 10:58

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ölkədə fəaliyyət göstərən bir sıra şadlıq evlərinin rəhbərləri ilə onlayn formatda görüş keçirilib. Görüşün keçirilməsində məqsəd şadlıq evlərinin rəhbərlərinin qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılması, eləcə də bu sahibkarlıq subyektlərində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi olub.

 

Aztibb.az-ın xəbərinə görə, görüşdə diqqətə çatdırılıb ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Şadlıq evlərinin rəhbərləri də bu istiqamətdə öz fəaliyyətini təkmilləşdirməli və qida təhlükəsizliyi ilə bağlı qüvvədə olan bütün norma və tələblərə ciddi şəkildə əməl etməlidirlər. 

 

Görüşdə agentliyin sədr müavini Rəşad Mafusov sahibkarlara əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Xüsusilə qanunsuz heyvan kəsimi və ət satışı məsələsi üzərində dayanan sədr müavini bildirib ki, Agentlik bu sahədəki fəaliyyətini “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamı əsasında qurur. Həmin sərəncama uyğun olaraq, cari ilin avqust ayından etibarən Agentlik tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə həm Bakı şəhərində, həm də respublikanın rayonlarında Daxili İşlər Nazirliyinin və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə reydlər keçirilir.

 

Sədr müavini bildirib ki, hazırda Bakıda qanuni şəkildə fəaliyyət göstərən 22 heyvan kəsimi və ət satışı məntəqəsi mövcuddur ki, bu da paytaxın tələbatını ödəməyə imkan verir. Halbuki bəzi şadlıq evləri heyvan mənşəli məhsulları həmin məntəqlərdən deyil, qeyri-qanuni şəkildə fəaliyyət göstərən obyektlərdən tədarük edərək, beləliklə onların fəaliyyətinə tələbat yaradırlar. Sədr müavini vurğulayıb ki, şadlıq evləri tərəfindən tədarük olunan ət və ət məhsulları mütləq baytarlıq arayışı ilə müşayiət edilməlidir ki, həmin sənədləri də elektron qaydada əldə etmək mümkündür. Fəaliyyətini qanunvericiliyin tələbləri çərçivəsində qurmayan şadlıq evləri barəsində isə müvafiq tədbirlər görüləcək.

 

Görüşdə o da vurğulanıb ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin  qarşısının  alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərinin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir. Qeyd olunub ki, şadlıq evlərində çalışanların əksəriyyəti qida ilə birbaşa təmasda olan işçilərdir. Odur ki, şadlıq evlərinin rəhbərləri bu məsələni xüsusilə diqqətdə saxlamalıdırlar. Həmçinin bildirilib ki, şadlıq evlərində obliqat qrupuna daxil olan işçilərin tibbi müayinədən keçmədiyi aşkarlanarsa, onların işdən azad olunması üçün müvafiq qaydada tədbirlər görüləcək.

Tədbirdə, müşayiətedici sənədləri olmayan qida məhsullarının (o cümlədən alkoqollu içkilərin), saxta şəkildə markalanmış akoqolsuz içkilərin tədarükünün, yararlılıq müddəti bitmiş məhsullardan istifadənin qadağan olduğu, qida təhlükəsizliyinin mal qonşuluğu, qida zənciri və digər prinsiplərinə əməl edilməsinin vacibliyi bir daha sahibkarların diqqətinə çatdırılıb.

 

Görüşdə şadlıq evlərinin rəhbərlərinin problemləri də dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində