Duzdan həddindən artıq istifadə təzyiq problemlərinə səbəb ola bilər - Uzman terapevt
01.09.2022 10:45
Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz duz, suyun buxarlanması nəticəsində əmələ gələn ağ və qoxusuz kristallara deyilir. Duz, təbiətdə tərkibində ən çox natrium olan qida növüdür. Eyni zamanda kalsium, kalium, sink və mis elementləri ilə də zəngindir.
 
Uzman terapevt Çinarə Səfərova bildirib ki, duzdan həddindən artıq istifadə böyrəklərdə krsital və daşların yaranmasına səbəb olur. 
 
Həkimin sözlərinə görə, natriumun artıqlığı sümüklərdən kalsiumu yuyur, sidikdə daha çox oksalat və ya fosfat kalsium yığılır. Onlardan kristallar hasil olunur, kristallar sidik kisəsi və böyrəklərdə çökür və zamanla daşa çevrilir:
 
"Natrium orqanizmdə mayeni saxlayır, durğunluq yaradır, hüceyrəətrafı ödem artır, damarlar qalınlaşır, qan dövranı artır, arteriyaralara təzyiq düşür. Bu zaman təzyiq yüksəlir və nəticəsi infarkt və ya insult olur.
 
Burda yenə də adi xörək duzunun yeməyə əlavə olunması yox, duzlu konserv və hisə verilmiş məhsulların çox yeyilməsi nəzərdə tutulur. Müntəzəm olaraq, məsələn həftədə 3-4 dəfə sosis, kolbasa, balıq konservi, qızardılmış duzlu qidalar yeyənlərdə mədə xərçəngi daha çox rast gəlinib".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır