Bakıda poliklinikaya göndəriş üçün gələn şəxs ürəktutmadan ölüb
31.08.2022 09:09

Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində poliklinikada ölüm hadisəsi baş verib.

 

Belə ki, 24 nömrəli şəhər poliklinikasına göndəriş üçün sənədlərini düzəltməyə gələn 1984-cü il təvəllüdlü Mahir adlı şəxs ürəktutmadan dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.