TƏBİB-in tabeliyində hansı tibb müəssisələri fəaliyyət göstərir?
31.08.2022 09:39
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri barədə məlumatları təqdim edirik.
 
TƏBİB-dən Aztibb.az-a daxil olan məlumata görə, Bakı Baş Səhiyyə Mərkəzi Yasamal rayonu, Mikayıl Müşfiq 1 M ünvanında yerləşir.
 
Mərkəzə Bakı şəhərində yerləşən ambulator və stasionar xidmət göstərən 105 tibb müəssisəsi daxildir. Bunlara 33 şəhər poliklinikası, 20 uşaq poliklinikası, 12 birləşmiş səhər xəstəxanası, 5 tələbə poliklinikası, 6 qadın məsləhətxanası, 4 uşaq stomatoloji poliklinikası, 3 ədəd sağlamlıq mərkəzi, 2 ədəd müalicə-diaqnostika mərkəzi və digər tibb müəssisələri aiddir.
 
Mərkəzin tabeli müəssisələrində 1 aprel 2021-ci il tarixindən etibarən icbari tibbi sığorta sistemi tətbiq olunur. Hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən burada ödənişsiz istifadə edə bilər. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi yetərlidir.
 
Qeyd edək ki, gün ərzində Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə müraciət edən pasientlərin sayı 45000-59000 arası dəyişir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib