I Beynəlxalq Süd Vəzisi Xərçəngi Konqresi keçiriləcək
01.09.2022 09:45

21-22 oktyabr 2022-ci il tarixlərində Bakıda I Beynəlxalq Süd Vəzisi Xərçəngi Konqresi keçiriləcək.

 

Aztibb.az-ın məlumatına görə, beynəlxalq tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası və BHWGI-in birgə təşkilatçılığı baş tutacaq.


Konqresdə süd vəzisi xərçənginin profilaktikası, diaqnostikası və müalicəsi üzrə Azərbaycanın aparıcı mütəxəssisləri ilə yanaşı, Türkiyə, ABŞ, Rusiya, Gürcüstan, Almaniya, Qazaxıstan və digər ölkələrin tanınmış onkoloqları da iştirak edəcəklər.

 

Tədbir çərçivəsində panel müzakirələr, Beynəlxalq Süd Vəzisi Xəstəlikləri Çalışma Qrupunun VII toplantısı, süd vəzisi radioloji kursu, eləcə də tibb bacısı kursu kimi praktik simpozium və seminarlar təşkil olunacaq. 

 

Beynəlxalq konqresə qeydiyyat 15 oktyabr 2022-ci il tarixinədək davam edəcək.

Əlaqə nömrələri: (+994 12) 480 38 75, (+994 50) 389 91 88

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib