Zeytun yağı istənilən növ xərçəng riskini 31 faiz azaldır
30.08.2022 14:52

Məlumdur ki, istənilən xəstəliyin qarşısının alınması onun müalicəsindən daha asandır. Xoşbəxtlikdən, bəzi qidalar antioksidant fəallığı sayəsində xərçəngin inkişafının qarşısını ala bilər. 

 

Aztibb.az medikforum.ru-ya istinadla xəbər verir ki, bu təsirlər xüsusilə zeytun yağını müntəzəm istifadə edən insanlarda nəzərə çarpır.

 

Zeytun yağının tərkib hissəsinin bir neçə növ xərçəngin inkişafına qarşı qorunmanı təmin etdiyinə dair bir çox sübutlar var.

 

"Zeytun yağının mütəmadi qəbul edilməsi istənilən xərçəng növünün inkişafının ehtimalının 31 faiz azalmasına səbəb olur. Zeytun yağının müsbət təsiri əsasən onun monodoymamış yağ turşuları, skvalen və fenol birləşmələrlə zəngin müstəsna tərkibi ilə izah olunur. Onların güclü antioksidant xüsusiyyətləri təmizlənmə səbəbindən hüceyrə oksidləşdirici stresi və DNT zədələnməsini məhdudlaşdırır və kanserogenezlə əlaqəli mühüm siqnal yollarına təsir edir”, - deyə diyetoloq İqor Strokov bildirir.

 

45 tədqiqatın meta-analizi göstərib ki, qorunma ən çox süd vəzisi, mədə-bağırsaq və sidik yolları xərçənglərində əhəmiyyətlidir. Növbəti tədqiqatlar xərçəngin qarşısının alınmasında zeytun yağının rolunun daha dərindən anlaşılmasını təmin edə bilər.

 

Sağlamlıq üçün bu cəlbedici üstünlüklər zeytun yağını populyar bitki yağı edib. Tədqiqatçılar zeytun yağının bütün faydalarından istifadə etmək üçün onu çiy şəkildə istifadə etməyi tövsiyə edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır