"ANA BALA-5" sağlamlıq yay düşərgəsi başa çatıb
30.08.2022 11:45
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə 27-29 avqust 2022-ci il tarixlərində keçirilən "ANA BALA-5" sağlamlıq yay düşərgəsi başa çatıb.
Aztibb.az xəbər verir ki, sağlamlıq düşərgəsinin bağlanış mərasimində çıxış edən Assosiasiyanın sədri Ayaz Hüseynov qanın laxtalanma pozğunluğu ilə bağlı məlumatların əldə olunması baxımından düşərgənin önəmini qeyd edib. Bildirib ki, təlimlərə məhz damardaxili inyeksiyadan başlanılıb. Damar daxili inyeksiyanın təlimçisi Respublika Kliniki Xəstəxanasının Hematologiya şöbəsində çalışmış, 45 illik təcrübəyə malik tibb bacısı Sonaver Məhərrəmova olub. Bundan başqa, psixoloq Təhminə Rüstəmova tərəfindən valideynərə təlimlər keçirilib. Təlimin məqsədi valideynləri maarifləndirmək, onların övladları ilə bağlı probləmləri müzakirə etmək, habelə övladları ilə ünsiyyətdə yaranan çətinliklərin həlli yollarını analiz edərək valideynlərin motivasiyalarını artırmaq olub.
Ayaz Hüseynovun sözlərinə görə, yay düşərgəsi çərçivəsində uşaqlar üçün psixoloji müayinə də təşkil olunub və onların psixoloji durumları dəyənləndirilib.
Bildirilib ki, "Ana Bala-5" yay sağlamlıq Hemofiliya Məktəbində fizioterapiyaya xüsusi yer verilib. Belə ki, təlimdə hemofiliyanın verdiyi fəsadlar arasında oynaq daxili hematomalar, hemartrozlar və kontrakturaların aradan qaldırılmasında fizioterapiyanın faydaları və sosial aspektləri haqqında Respublika Kliniki Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Yeganə Əzizova mühazirə deyib. Həmçinin Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Gülnarə Hüseynova fizioterapiyanın təkmilləşdirilməsi və əlçatanlığı sahəsində Assosiasiyanın fəaliyyəti və perspektivləri barədə çıxış edib.
Saglamlıq yay düşərgəsi daxili Hemofiliya Məktəbində stomatoloq Aybəniz Şahmuradova tərəfindən stomatoloji təlim və müayinələr təşkil olunub. Eyni zamanda, ilk dəfə olaraq Hemofiliya Məktəbində pediatr Təranə Cəlilova tərəfindən "Hemofiliya və somatik xəstəliklər", hematoloq Sevil Cəlilova tərəfindən isə "Trombositopatiyalar və digər laxtalanma pozğunluqları” mövzusunda təlimlər keçirilib.
Həmçinin "ANA BALA-5" sağlamlıq yay düşərgəsinin qonaqları TƏBİB-in Tibbi Xidmətlərin Təşkili departamentinin əməkdaşları Romella Osmanova və Səkinə Əzizli olublar.
Sonda sağlamlıq yay düşərgəsi daxili Hemofiliya Məktəbində keçirilən seminar iştirakçılarına sertifikatlar təqdim edilib.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

