Fitoterapevt: "Çobanyastığı təbii antioksidant mənbəyidir və qocalmanı ləngidir"
30.08.2022 16:08
Çobanyastığı həqiqətən də içilməsi lazım olan faydalı bitkidir. Çobanyastığı o qədər sirli bitkidir ki, hər ölkədə onun dəmləməsi ayrı-ayrı faydalarına görə içilir.
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov çobanyastığı bitkisinin faydaları haqqında məlumat verərkən belə deyib.
Həkimin sözlərinə görə, təkcə xəstələnən zaman yox, bir adət halına gətirib həftədə 5-6 dəfə çobanyastığı çayı içmək tövsiyə olunur. Məsələn, axşam yatmazdan əvvəl 1 stəkan dəmləmə içmək həm əsəbləri sakitləşdirir, həm də yuxunu dərinləşdirir.
Çobanyastığı çiçəklərini axşamlar yatmazdan əvvəl süddə də dəmləyib içmək olar. Bu üsul daha çox Amerikada yayılmışdır.
Çobanyastığı bitkisinin bir neçə növü vardır. Çay kimi faydalarına görə kiçik və çiçəyinə əl vuranda ovulan növündən, yəni aptek çobanyastığından istifadə olunur. Azərbaycanda daha çox çiçəkləri böyük olan çobanyastığı növləri geniş yayılmışdır. Bunlar xaricə, müxtəlif dəri səpgilərində, diatezlərdə, dəri ləkələrində və əsəbləri sakitləşdirmək üçün vanna şəklində istifadə olunur. Çay kimi içilən çobanyastığını apteklərdən almaq məsləhətdir.
Statistik araşdırmalar göstərir ki, dünyada hər gün 1 milyondan çox insan çobanyastığı çayından istifadə edir.
Çobanyastığı bitkisinin faydaları:
Mədə yarası kimi qeyri-spesifik xəstəliyin bəzən illərlə müalicə olunmasına baxmayaraq heç bir nəticə əldə olunmur. Belə xəstələr 3 ay gündə 4 dəfə çobanyastığı çayı içsələr faydalı olar.
Çobanyastığı çiçəyinin spazmolitik effekti vardır. Ona görə də köpdə, ishalda, bağırsaq spazmlarında gündə 3 dəfə içilir.
Qastrit və kolitdə, mədə-bağırsaq yaralarında gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.
Çobanyastığı çiçəyi çayından müntəzəm istifadə şəkərli diabetin inkişaf riskini azaldır, görmə itiliyini artırır, onu mütəmadi içənlər piylənmir, əksinə həmişə formada qalırlar, əsəbləri gərgin olmur, yuxu problemləri olmur, dəriləri canlı qalır. Çünki çobanyastığı təbii antioksidant mənbəyidir və qocalmanı ləngidir.
Menustrasiya pozulmasından əziyyət çəkən və klimakterik dövrdə olan xanımlarımız üçün faydalı bir çaydır.
Ağız, boğaz yaralarında, faringitlərdə 1 xörək qaşığı çobanyastığı 1 stəkan suda dəmlənilir və gündə 3 dəfə qarqara edilir.
Rinitlərdə və allergik rinitlərdə, haymoritdə 2 xörək qaşığı çobanyastığı 2 stəkan suda dəmlənilir, yavaş təzyiqlə burun dəliklərindən birinə vurulur və digər burun dəliyindən tökülür; bunu gündə 2 dəfə etmək lazımdır.
Göz sulanması, konyuktivit, iltihab və qızarmalarda 1 çay qaşığı çobanyastığı 1 stəkan suda dəmlənir, yavaş-yavaş gözə tökülərək göz almaları yuyulur.
Uşaqlarda bağırsaq infeksiyaları zamanı 1 xörək qaşığı çobanyastığı 3 stəkan suda dəmlənir və bağırsaqlar yuyulur.
Frontit və haymorit zamanı 2 xörək qaşığı çobanyastığı 1 stəkan suda vam odda qaynadılır, buxarı üzə verilir. Bu zaman baş dəsmalla örtülməli, otaq isti olmalıdır. Bunu gecə yatmazdan əvvəl etmək daha effektivdir.
"0,5 litrlik şüşə butulkanı yarıya qədər çobanyastığı ilə doldurun, üstünə zeytun yağı tam dolana qədər tökün, ağzını bağlayın 40-60 dərəcəli sobanın və ya otaq isidicisinin üstündə 2 həftə saxlayın, sonra süzün, çobanyastığı yağı alınır. Bu yağ dərini parıldadır, təravətləndirir, yuyunmazdan 2-3 saat əvvəl bu yağla dəri masaj edildikdə təsiri daha yaxşı olur. Oynaq ağrılarını azaldır, kiçik yaşlı uşaqlarda qarın ağrısı zamanı bel və qarın nahiyələrinin çobanyastığı yağı ilə ovuşdurulması sancıları kəsir, saç tökülməsində, kəpəklənmələrdə yuyulmazdan 3 saat əvvəl saç dibləri çobanyastığı yağı ilə masaj edilir", deyə həkim əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Professordan "yay ishali" ilə bağlı xəbərdarlıq
23.07.2026 | 08:47
Yaşlılarda qripin müalicəsində ən çox buraxılan səhvlər – Həkimdən 3 vacib məqam
22.07.2026 | 10:58
Stress və mədə-bağırsaq problemləri - Aralarında hansı əlaqə var?
22.07.2026 | 09:52
Kron və Xoralı kolit arasındakı əsas fərqlər nələrdir?
21.07.2026 | 13:20
Gilbert sindromu nədir? İrsi şərait haqqında əsas məqamlar
21.07.2026 | 10:32
Hormonlar və daxili xaos: Psixoterapevtlər qadınlarda DEHB hallarının artması ilə bağlı narahatlıq ifadə edirlər
20.07.2026 | 13:37
Populyar arıqlama preparatlarının alkoqol asılılığının aradan qaldırılmasına da kömək etdiyi müəyyənləşib
20.07.2026 | 10:14
Qoturluqdan necə qorunmalı? – Dermatoloq əsas əlamət və profilaktik tədbirləri açıqlayır
19.07.2026 | 12:25
GLP-1 preparatları diabetik ayaq ağırlaşmalarının riskini azalda bilər
19.07.2026 | 08:48
Yuxu barədə stereotipləri yenidən düşünməyin vaxtıdır
18.07.2026 | 09:28
ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
15.07.2026 | 12:38
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
14.07.2026 | 11:02
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində
15.07.2026 | 17:02
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
18.07.2026 | 11:30
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses
14.07.2026 | 10:05
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
16.07.2026 | 14:16
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
20.07.2026 | 11:15
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
15.07.2026 | 09:37
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
14.07.2026 | 11:27
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
14.07.2026 | 14:35
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
16.07.2026 | 16:06
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub
14.07.2026 | 16:19
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
20.07.2026 | 08:07
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir
19.07.2026 | 14:21
Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib
14.07.2026 | 16:43

