Nərimanov Tibb Mərkəzinə yeni təyinat almış həkim-endokrinoloq - Gülsüm İbrahimli 
30.08.2022 09:44
Nərimanov Tibb Mərkəzində təcrübəli həkim-endokrinoloqlar tərəfindən endokrin sistemi xəstəliklərinin diaqnostikası, ambulator və stasionar müalicəsi həyata keçirilir. Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlər əhalinin sağlamlığının qorunması üçün keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır Müasir zamanın sürətlə dəyişən stressli həyat ritmi, kontrolsuz qidalanma, passiv həyat tərzi böyük sayda endokrinoloji problemlərin yaranmasına səbəb olur.
 
Aztibb.az "Həkimlərimizi tanıyaq" rubrikasının növbəti buraxılışında sizə Nərimanov Tibb Mərkəzinə yeni təyinat almış həkim-endokrinoloq Gülsüm İbrahimli haqqında məlumatları təqdim edir. 
 
Gülsüm İbrahimli 2011-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsi üzrə təhsil almışdır. Universiteti fərlənmə diplomu ilə bitirmiş, endokrinologiya sahəsi üzrə ixtisaslaşmışdır.
 
2017-2021-ci illərdə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında Endokrinologiya ixtisası üzrə rezidentura təhsili almışdır.
 
2014-cü ildə Türkiyənin Haseki Elmi-Tədqiqat Xəstəxanasında Endokrinologiya ixtisası üzrə təcrübə keçmişdir.
 
2015-ci ildə Macarıstanın Semmelweis Universitetinin Elmi-Tədqiqat Xəstəxanasında Dietologiya və Endokrinologiya üzrə təcrübə keçmişdir.
 
2018-ci ildə Sağlamlıq Strategiyası Təlim Mərkəzində Dietologiya sahəsi üzrə təlim keçmiş, Nutrisioloq və Klinik Dietoloq diplomuna layiq görülmüşdür.
 
Bir çox beynəlxalq konfrans və simpoziumlarda iştirak etmişdir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub