ABŞ-da meymunçiçəyinə yoluxma hallarının sayı 17 mini ötüb
30.08.2022 09:28

ABŞ-da meymunçiçəyinə yoluxma hallarının sayı 17 mini ötüb.

 

Aztibb.az xəbər verir ki, bu barədə ölkənin Federal Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildirilib.

 

Məlumata əsasən, avqustun 19-u üçün yoluxma hallarının sayı 17 432-yə çatıb.

 

Ən çox yoluxma halları Nyu-York (3 124), Kaliforniya (3 291) və Florida (1 739) ştatlarında qeydə alınıb.