Azərbaycan və Böyük Britaniyanın mama-ginekologiya sahəsində oxşar və fərqli cəhətlərinə dair təqdimat dinləniləcək  
29.08.2022 12:20

29 avqust 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d. Sədi Allahverdiyev “Azərbaycan və Böyük Britaniyanın mama-ginekologiya sahəsində oxşar və fərqli cəhətlər” mövzusunda təqdimatla çıxış edəcək.

 

Dr. Sədi Allahverdiyev çıxışı zamanı 7-20 avqust 2022-ci il tarixlərində Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalında iştirak etdiyi təcrübə mübadiləsində qazandığı təəssüratlarını bölüşəcək və həmkarlarla səmimi müzakirə həyata keçirəcək. Tədbirə Sədi Allahverdiyevin təcrübə mübadiləsinin təşkilində böyük əməyi olan həmyerlimiz, Böyük Britaniyanın Kral Kollecinin üzvü olan ilk azərbaycanlı, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının məsləhətçi mama-ginekoloqu Dr.Fidan İsrafil-Bəylinin də onlayn olaraq qoşularaq öz töhfəsini verməsi nəzərdə tutulur.

 

Mərkəzi Gömrük Hospitalının akt zalında saat 15:00-dan 16:00-dək davam etməsi planlaşdırılan tədbir mama-ginekoloqlar və rezidentlər üçün nəzərdə tutulmuşdur.

 

Tədbirdə iştirak ödənişsizdir.

 

Maraqlanan mama-ginekoloq və rezidentləri tədbirdə iştirak etməyə dəvət edirik!

 

Tədbirdə iştirak üçün qeydiyyatdan keçmək mütləqdir!

 

Qeydiyyat linki: https://forms.gle/jm2eo1jxjHqq1QEZ7

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib